Menu

Mars Torpağı

Günəş sisteminin dördüncü planeti olan Mars, Roma döyüş tanrısının adını daşıyır. Səthindəki sıx dəmir səbəbiylə qırmızı planet olaraq da bilinir. Ona Merih də deyilir.

Marsda bir gün 24 saat 37 dəqiqə, bir il isə 668 Yer gününə bərabərdir. Onun radiusu Yerin təxminən yarısıdır və cazibə qüvvəsi Yerin 0.37 dəfə böyükdür.

Bəzi bölgələrdə geoloji cəhətdən Yerə bənzəyir. Quru bir planetdir və 2 asimmetrik peyki var, Fobos (Phobos) və Deimos. Təxminən 4,5 milyon il əvvəl meydana gəldiyi təxmin edilir. Maqnit sahəsi  yox deyiləcək qədər az olduğundan atmosfer təzyiqi çox aşağıdır.

Dünya dəniz səviyyəsindən təxminən 0,6%-dir. Kobud hesablamalara görə, planetin təxminən yarısı cənub yarımkürəsindəki kraterli dağlıq ərazilərdən ibarətdir. Şimaldakı digər yarı, yüksəkliklərdən daha aşağı bir yüksəklikdə daha gənc, bir qədər kraterli vulkanik düzənliklərdən ibarətdir.

mars-topragi-gorunum

(Image Credit: ESA)

Marsın Bəzi Kəşf Edilmiş Geoloji Xüsusiyyətləri

1. Mudstone(Palçıq daşı): 2015 -ci ildə çəkilmiş bir fotoşəkildə Gale krateri yer alır. Bu kraterdəki su kütləsində yığılmış incə çöküntüləri təmsil edən laminatlı palçıq daşı qalıqlarını ehtiva edir. Hurowitz ve başqaları  əlavə nəticələr çıxarmaq üçün Gale krateri ətrafında Curiosity gəmisi tərəfindən qeydə alınan 3,5 illik məlumatları analiz etdi.

Səthin yaxınlığında çoxlu oksidləşdirici amil və böyük parçalardan ibarət süxurlar, daha dərin təbəqələrdəki süxurlar isə reduksiya edici materialdan və kiçik, incə parçalardan ibarətdir. Bu, Marsda iqlim dəyişikliyinin sübutu olan redoks təbəqələşməsidir.

2. Sudstone (Qum Daşı): Qaya parçalarının və ya mineralların kimyəvi sement və ya gil ilə birləşməsindən nəticəsində əmələ gələn klastik çöküntü qayalı bir quruluşdur.

3. Shale (Şist): Palçıq adlanan lil və gil ölçülü mineral hissəciklərin sıxılması nəticəsində əmələ gələn incə dənəli çöküntü süxurlardır. Bölünən və laminat ola bilməsi xüsusiyyəti ilə digər palçıq daşlarından fərqlənir. Laminat ola bilmə: qayanın bir çox incə təbəqədən ibarət olması,bölünə bilən,qayanın laminasiyalar boyunca incə parçalara bölünə bilməsi mənasına gəlir.

Qayalar kimyəvi şəkildə parçalanmağa başlayanda palçıq yığını əmələ gəlir. Bununla yanaşı qayalar, gil minerallara və ümumilikdə torpaq parçasına çevrilən kiçik qruplara bölünür. Bir axıntı zamanı axın yavaşladıqda, palçıq hissəcikləri dibi çökür və əgər parçalanmadan basdırılarsa, bu yığın “palçıq daşı” kimi tanınan çöküntü qayaya çevrilə bilər.

Şistlərin çoxu bu şəkildə əmələ gəlir. Şist süxurları Marsda kifayət qədər yayılmış bir formadır. Xüsusilə, Gale kraterində Curiosity gəmisinin tutduğu nazik təbəqəli bölünə bilən şistlər görünür.

4. Holding: Marsda çınqıl və qumdaşlarının varlığı hərəkət edən suyun simvoludur. 2012 -ci ildə Curiosity tərəfindən çəkilmiş fotoşəkildəki çınqıllar yüksək səviyyədə diyirləndiyini göstərir. Bu yuvarlanmanın küləkdən deyil, sudan qaynaqlandığı təxmin edilir.

5. Sütunlu Bazalt: Sıx lava axınının soyuması zamanı qırıntıları əmələ gəlir. Axın sürətlə soyuduqda əhəmiyyətli daralma qüvvələri meydana gəlir. Onların ölçüsü yumşalma dərəcəsinə görə dəyişir. Bir sm -dən kiçik sütunlar çox sürətli soyuma zamanında, böyük sütunlar isə yavaş soyuma zamanında meydana gəlir.

Süni Mars Yer

Bu xüsusiyyətlər bizi Marsda əvvəl həyatın mövcud olduğunu düşündürsə də, Marsdakı nümunələri araşdırmadan buna əmin ola bilmərik.Ancaq toplanan məlumatlar qiymətləndirilərkən bəzi araşdırmalar aparılmışdır. Corciya Universiteti Geologiya Bölümü süni Mars torpağı yaratmaq üçün bir növ işlər gördü və süni bir torpaq hazırladı. Hal -hazırda kiloqramı 20 dollara satdıqları torpaq üzərində təcrübələr aparılır və bitkilər yetişdirməyə çalışırlar.

Yapay Mars Toprağı

(Image Credit: UGA)

Hələ bunu müvəffəqiyyətlə başa vurduqlarını elan etməsələr belə, bu səylər və təşəbbüslər nəticəsində, bərəkətsiz, quru torpaqlarda bitki yetişdirməyin yollarını tapdıqda, bu, təkcə Mars üçün deyil, həm də Dünya üçün çox əhəmiyyətli bir inkişaf olacaqdır. Çünki qlobal istiləşmənin bu dərəcədə artdığı və artmaqda davam etdiyi bu dövrdə quru torpaqda bitki yetişdirə bilmək insanlıq üçün son dərəcə əhəmiyyətli bir həmlədir.

UGA müəllimləri bitkinin ehtiyacı olan bakteriya və göbələk növlərini torpağa köçürərək işlərinə davam edirlər. Bizdə iş proseslərini maraqla izləyirik.

Bəs Mars Planetində Mümkün Olan Baza Həyat Necə Olardı?

Elon Musk tərəfindən alovlanandırdığı bu trend və  bu söz son vaxtlar gündəmdədir. Əvvəlcə bir baza necə qura bilərik? Yerdən kosmosa bir -bir, parça -parça, daş, beton, sement və s. aparacağıq? Əlbəttə ki, belə bir şey mümkün deyil, hətta mümkünsüz adlandırıla biləcək bir dəlilikdir.

Çünki bunun xərcini ödəyə bilmək ağıllı görünmür. Digər tərəfdən də yaşamaq üçün bir yerə ehtiyacımız var. Bəs onda bunu necə edək? Burada ilk növbədə 3D printerlər gəlir. Bildiyiniz kimi, bu günlərdə 3D printerlər çox inkişaf etmişdir. O qədər ki, saxta ətdən evə qədər hər şeyi  etmək olar. Bu o demək deyil ki, Yerdən Marsa gətirəcəyimiz tək şey printer olacaq.a

Bəlkə də  Ultrabənövşəyi şüalarının qarşısını almaq, dayanıqlığını artırmaq adına istifadə ediləcək materialların daşınması və başqa bir çox çatışmazlığını aradan qaldırmaq ehtimal olunan bir kosmik nəqliyyat dövrünün başlanğıcını görə bilərik. Üstəlik əskikliyi görülən, hazırda mövcud olmayan, lakin Marsda istifadə edilməli olan bir çox alət inkişaf etməkdə olan texnologiya ilə birlikdə yaradılmağa və icad edilməyə çalışılır.

Bu səbəbdən, hazırda tam bir yetərsizlik duyğusuna və ya ümidsizliyə düşməməliyik, inkişaf etməkdə olan texnologiya, problemlərimizin çoxunu aradan qaldırmaq üçün kifayət edə bilər.

Tutaq ki, Üs (Baza) adlandırıla biləcək bir dam hazırlayırıq, amma bu bazadakı insanların yeməyi necə alınacaq? Yer-Mars arası nəqliyyat ilə? Yuxarıda  buna dair bir növ işlərin aparıldığından və hələ ki, yekunlaşmadığından bəhs etdim. Bundan başqa, 3D printerlərdən bəhs edərkən, süni ətin yaradıldığını yazmışdım.

Qatı qida hissəsinin Marsda qapalı bir baza qurulması halında əldə edilə biləcəyi görünür. Torpağa ehtiyac olmadan yetişdirilən bitkilərin torpaqların təmizlənməsində orqanik qidanın təmin edilməsində kömək etdiyi düşünülür. Bundan başqa istixanaların yaradılması da planların içindədir. Torpaq məhsullarından başqa kosmosa gedə biləcək qurudulmuş qidalar, vitaminlər və ya Mars üçün xüsusi olaraq hazırlanmış qidalar mümkündür.

Deyək ki, yemək işini həll etdik, amma su və oksigen dövriyyəsini necə qururuq? Bir dahi burada köməyimizə gəlir, Robert Zubrin. Marsda insan cəmiyyətinin formalaşmasının ən fanatik tərəfdarı olduğunu söyləyə bilərik. Bəs bu adam oksigen və suyu necə istehsal edəcək?

Zubrin və komandası, iki sistem hazırladılar: Su Çıxaran Termal Sistem (WETS) və Marsda Yerləşməyi mümkün edən texnologiya (METS). METS -də Marsın torpağı robot dozaj maşınları ilə qazılaraq qazana qoyulacaq, sonra Marsdan belə desək, əmilən karbon qazı  torpağı qızdıraraq və su buxarı çıxaracaq və bu buxar ayrı qabda qatılaşdırılacaq.

Bu çevrilmə sayəsində Mars atmosferi də zamanla yenilənəcək. Əldə olunan suyun bir hissəsi içmək üçün saxlanılacaq, digər hissəsi isə elektroliz yolu ilə parçalanacaq. Hidrogendən ayrılan oksigen mayeləşdiriləcək və saxlanılacaq, qalan hidrogen isə yanacaq istehsalında istifadə ediləcək. Oksigen istehsalı ilə bağlı aparılan və hazırda AZİM 2020 roverində olan Moxie təcrübəsini burada oxuya bilərsiniz.

Hidrogenin Yanacağa Çevrilməsi

Yanacaq istehsal etmək üçün istifadə etdiyimiz hidrogenlər, hidrogeni yanacaq olaraq istifadə edən pilotsuz təyyarələrdən faydalanacaq. Dronlar tullantı olaraq su istehsal edəcək və bu su sonradan istifadə üçün ayrıla biləcək. Bundan əlavə, hidrogenin çox hissəsi bizim üçün çox əhəmiyyətli yanacaq mənbəyi olacaq metan qazının istehsalında istifadə olunacaq, bu da bizim üçün çox önəmli bir yanacaq qaynağı olacaq. Nəticədə bu sistemin bir çox problemlərimizdə bizə kömək edəcəyi gözlənilir.


(*) DMP Könüllü və yazarımız İffet Nur ERDEM -in  məqaləsindən Azərbaycan Türkcəsinə tərcümə edilmişdir.

Beğen  8
Gözəl Zulfugarova
Yazar

Dünyadaki Mars Projesi (DMP) Azerbaycan gönüllüsü ve yazarı. [ Mars on Earth Project (MoEP) Azerbaijan Chapter Volunteer and author. ]

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yapılan Yorum (1)
  1. Vüsalə