Menu

Venerada Həyat İzi

Venerada həyat izi tapıldımı? Kral Astronomiya Cəmiyyəti tərəfindən dünən axşam bütün alimləri və elm-kosmos həvəskarlarını həyəcanlandıracaq bir bəyanat verildi.

Cardiff Universiteti və Massachusetts Texnologiya İnstitunun alimləri Venera planetində fosfin adlı bir biomolekul aşkar etdiklərini açıqladılar. Elm adamları son işlərində fosfini digər planetlərdə mümkün həyat elementlərini yoxlamaq üçün spektral barmaq izi və ya işığa əsaslanan imza kimi istifadə etdilər.

Fosfin yer üzündə çox az miqdarda yalnız üzvi həyat formalarının parçalanması nəticəsində ortaya çıxır. Fosfin istehsalının yalnız Venera kimi sərt süxurlardan ibarət olan kükürdlü mühitlərdə canlı bir orqanizm tərəfindən istehsal edilə biləcəyini iddia edən elm adamları fosfini cansız (abiotik) şəkildə ortaya çıxarmağın yollarını axtarırlar.

Bu araşdırmalar nəticə verməsə, Venerada həyat olduğunu əminliklə deyə biləcəyik.

Bəs fosfin dediyimiz bu maddə tam olaraq nədir və niyə bu qədər vacibdir? Fosfin; Hidrogenfosfit, fosfamin, fosfor hidrogen və ya fosfor trihidrid olaraq da bilinən kimyəvi birləşmədir. Rəngsiz, yanan və zəhərli bir qazdır. Bu qaz çox zəhərli olduğu üçün kiçik konsentrasiyalarda belə ölümcül ola bilər.

Fosfini bu qədər vacib edən şey, həyat olmayan qayalı planetlərdə istehsal edilə bilməməsidir. Yer fosfinin tapıldığı yeganə planetdir, ən azından indiyə qədər bildiyimiz budur. Əslində, Venera böyüklüyünə, uçurumlarına və geoloji quruluşuna görə Yerin əkizi olaraq təsvir edilmişdir.

Atmosfer şəraiti xaric edildikdə həyat üçün mümkün bir planet halına gələn bu maddəni Venerada tapmağımız bizi çox həyəcanlandırır.

Səthdən 48-60 kilometr yüksəklikdə, temperaturu 30 ilə 200 dərəcə arasında dəyişən dar və mülayim bir zolaqda Venera atmosferində fosfinin olması mütəxəssisləri Veneranın bu bölgəsində canlı bir hava forması ola biləcəyini düşünməyə vadar edir.

Əslində bu fikir 1967-ci ildə Karl Saqan tərəfindən irəli sürülmüşdür. O, bu günə qədər ən çox izlənilən PBS serialı Cosmos-un ev sahibidir və NASA-nın Voyager missiyalarına Dünya musiqisinin qızıl müsiqilərini qoymaqla tanınır.

Venüs Yaşam

Carl Sagan’ın, diğer astrofizikçi Ed Salpeter ile işbirliği yaparak Jüpiter’in bulutlarınde hayatta kalabilecek şekilde tasarladığı olası yaşam formları  (National Geographic Channel’daki Cosmos: Possible Worlds’d)

Bundan əlavə, 1962-ci ildə NASA-nın ilk Venera zondu təsdiqlənməmişdən əvvəl bu planetin səthinin son dərəcə isti olduğunu və bu istiliyin istixana effekti nəticəsində olduğunu irəli sürən ilk alim idi. 1 dekabr 1967-ci ildə Nature jurnalında nəşr olunan məqaləsində, “Veneranın səhti şərtləri orada həyat fərziyyəsini əsassız etsə də, Veneranın buludları tamamilə fərqli bir hekayədir” deyərək olduqca diqqətəlayiq ifadələr vermişdir.

Bütün bu işlər elm dünyası və kosmos həvəskarları üçün çox xoşdur. Lakin, unutmamalıyıq ki, kənarda tapdığımız həyat alışdığımız formalarda olmaya bilər.

Başqa sözlə, Venerada buludlar üzərində qurulmuş havadan daha yüngül bir həyat forması tapa bilərik. Təbii ki, bunu da unutmamalıyıq, əziz oxucu; Bizdən nə qədər fərqlənsələr də, bir-birimizə etdiyimiz kimi onlara da hörmət etməliyik. (Əgər varsa(!))

Astrobiologiya ilə əlaqədar bu məqalə ilə maraqlanırsınızsaç bura daxil olaraq digər məqalələrimizə baxa bilərsiniz.

Referans:

Beğen  15
Sonraki Yazı
Vusale İmamguliyeva
Yazar

Dünyadaki Mars Projesi (DMP) Azerbaycan gönüllüsü ve yazarı. [ Mars on Earth Project (MoEP) Azerbaijan Chapter Volunteer and Author. ]

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir