Zonguldak Bülənt Ecevit Universitetinin tələbələri olan Grizu-263 Kosmik Komandası tərəfindən hazırlanmış Grizu-263A cib peyki. Bu, Türkiyədə hazırlanmış ilk pocketcube peykidir və 13 yanvar 2022-ci il saat 15:30-da (UTC) kosmosa buraxılacaq.
Peykin ABŞ-dakı Cape Canaveral buraxılış bazasından Türkiyə vaxtı ilə saat 18:25-də (UTC vaxtı ilə 15:25) buraxılması planlaşdırılırdı. Mars on Earth Project icması olaraq biz də SpaceX Falcon9 raketi ilə orbitə daşınacaq peykin buraxılışını səbirsizliklə gözləyirik.
Zonguldak Bülent Ecevit Universitetinin Mühəndislik fakültəsinin professoru Prof.Dr.Bülent Ekmekçinin rəhbərlik etdiyi gənc və dinamik komanda ilə aparılan gərgin iş sabah bütün işlərinin nəticəsini görəcək.
5x5x5 sm ölçüdə olan Grizu-263A peyki Aşağı Yer Orbitində (LEO) 4 il 8 ay xidmət göstərəcək. Bu müddət peykin faydalı ömrü adlanır, lakin o, orbitdə daha çox qala bilər.
Digər tərəfdən, peyk elmi faydalı yükləri ilə yanaşı, əhəmiyyətli bir mənəviyyata da ev sahibliyi edəcək. 1992-ci il martın 3-də Zonguldakda kömür mədənində baş verən alov partlaması nəticəsində həyatını itirən mədənçilərin adları da ehtiram əlaməti olaraq kosmosun sonsuzluğuna daşınacaq.
Bundan əlavə, sağ ikən bu missiyanı hər zaman dəstəkləyən çox əhəmiyyətli bir ad olan A.Tahir Dengiz’in (Türkiyə Həvəskar Peyk Texnologiyaları Təşkilatı-TAMSAT-TR-nin qurucusu) adı da peyk proqram təminatına həkk olunub.
Bütün tədqiqat, həyata keçirmə və təlim mərhələlərində birlikdə çalışdığımız bu gün bəziləri Mars on Earth Project könüllüləri olan gənc komanda üzvlərini təbrik edirik. Biz də hər fürsətdə adlarımızı və layihələrimizi qeyd edərək bizi şərəfləndirdikləri üçün onlara təşəkkür etmək istərdik.
(*) Orijinali Türkçe olarak yayınlanan yazı, MoEP-Azerbaycan bölümü gönüllüsü; Aysun Bagiyeva Alirza tarafından Arzerbaycanlı okuyucular için tercüme edilmiştir.