Dünyada Mars Layihəsi-Azərbaycan komandası olaraq; “Uşaq Gözü ilə Marsda Həyat” mövzulu tədbiri üçün şəkillərinizi gözləyirik. Bu əyləncəli tədbirin məqsədi ibtidai sinif uşaqlarında kosmos texnologiyaları, Mars planetində gələcəkdə yaşanması ehtimal olunan hadisələr, yaşayış yerləri haqqında xəyal güclərini hərəkətə keçirmək və fərqindəlik yaratmaqdır.
Bu tədbir klassik yarışmalardan fərqli olaraq, uşaqların yarışma və qazanma/uduzma stresi altına girmədən azad bir şəkildə xəyallarını rəsm ilə ifadə etməyi ön planda tutduğundan, bütün uşaqlarımızın əsərləri indidən könüllərimizdə birinci olaraq qəbul edilmişdir.
1. Mövzu
Marsda Həyat (Marsın səthində yeraltı və yerüstü yaşayış yerləri, ünsiyyət, müxtəlif mədən istehsal müəssisələri, servis bazaları və yaşayış yerləri necə ola bilər? Dizaynlarınızı təsəvvürünüzdən istifadə edərək çəkin.)
2. İştirak Şərtləri
a. Tədbir bütün Azərbaycan üzrə 6-15 yaş arası bütün uşaqlara açıqdır.
b. Uşağın təxəyyülünü məhdudlaşdırmamaq üçün hər bir iştirakçı istədiyi qədər şəkil ilə iştirak edə bilər. Hər bir şəkil ayrıca qiymətləndirilir.
c. Tədbirə qatılan şəkillər, əvvəllər heç bir müsabiqədə iştirak etməmiş və heç bir yerdə nəşr olunmamış/sərgilənməmiş orijinal və müəllif hüquqları olmayan bir əsər olmalıdır.
ç. Tədbirə qatılan şəkil sahibləri, bu sənəddəki şərtləri və “Dünyada Mars Layihəsi” saytının Məxfilik Siyasətini oxuduqları və qəbul etdikləri hesab olunur.
3. Şəkil Üçün Ləvazimatlar
a. Şəkillər minimum A4 ölçülü kağız böyüklüyündə olmalıdır. Rəsimlər sərbəst istifadə edə biləcəkləri rənglər, boyama materialları (sadə qələm, rəngli karandaşlar, pastellər, quaş və ya sulu boya və s.) ilə hazırlanmalıdır. İştirakçıların imkanlar baxımından bərabər şərtlərdə ola bilməyəcəyini nəzərə alsaq, kompüter/planşet/telefon üzərində rəqəmsal rəngləmə, 3D materiallar və rəsm texnikası istifadə edilməyəcək. Xülasə olaraq, şəkil düz kağızda olmalıdır.
b. Şəkillər tamamlandıqdan sonra, kağızın üfüqi bir vəziyyətdə və uyğun bir işıq mühitində mümkün qədər aydın şəkildə fotoşəkili çəkiləcək və aşağıda göstərilən e-poçt ünvanına göndəriləcəkdir. (Tədbirin sonunda seçiləcək 10 şəklin kağız üzərində orijinalları daha sonra tələb olunacaq.)
4. İştirak
a. Şəkillərin sahibləri, tədbirə şəkillər göndərmək ilə, burada yazılan qaydalar və şəkil seçimi ilə bağlı Dünyada Mars Layihəsi-Azərbaycan komandasının seçimlərini qəbul etmiş sayılırlar.
b. Şəkillər 28 Oktyabr 2021-ci il saat 17.00–a qədər aşağıda göstərilən e-poçt ünvanına göndəriləcək. Təqdim olunan bütün şəkillər 29 Oktyabr 2021 -ci ildə veb saytımızda dərc ediləcək və nəticələr açıqlanacaq.
c. Dünyada Mars Layihəsi-Azərbaycan komandasının tədbirinə göndərilən şəkillərin bir hissəsini və ya hamısını veb səhifədə, sosial media tətbiqlərində, televiziyada, İnternetdə və digər vasitələrdə paylaşma, kataloqlar, broşuralar, plakatlar, kitablar, CD -lər, videolar və digər vasitələrlə nəşrini etmə və paylaşma, habelə yerli və xarici təhsil və mədəniyyət müəssisələrinə göndərmə haqqına sahibdir. Şəkillərin yuxarıda göstərilən şərtlərlə paylaşılması könüllü olaraq sırf təhsil və məlumat məqsədli olacaq və heç bir maliyyə gəliri təmin edilməyəcək.
ç. Bu işlərdə e-poçt ünvanında göstərilən ləqəb və məktəb adı istifadə ediləcək və adlar yalnız ailələrin razılığı ilə mətnlərdəq eyd edilə bilər.
5. Şəkiliniz Kosmos Səyahətinə Çıxacaq
Dünyada Mars Layihəsi-Azərbaycan komandası olaraq, bu tədbirə qatılanların kiçik ürəkləri və səyləri üçün mükafat olaraq fərqli bir şey etmək istədik. Dünyada Mars Layihəsi-Azerbaijan qrupu tərəfindən seçiləcək cəmi 10 şəkil Dünyada Mars Layihəsi komandasının Finlandiyadakı peyk rabitə stansiyasından özəl xəbərləşmə modundan (SSTV) istifadə edərək 36.000 km Yerə Bərabər Zamanlı (Geosinxron ) Orbitində olan QO-100/Es’hail-2 peykə göndəriləcək.
Bu peyk Yerin fırlanma sürəti ilə eyni sürətə malik olduğu üçün davamlı əlaqə qurmağa açıqdır və Yer üzündə geniş əhatə dairəsinə malikdir. Həvəskar peyk rabitə stansiyamızın aparat və proqram təminatını buna uyğun olaraq yenilədik. Bu mərhələlər aşağıdakılardan ibarət olacaq:
– Şəkillər kompüterdən rabitə cihazlarına köçürüləcək və peykə ötürülməyə başlayacaq.
– QO-100/Es’hail-2 peyki şəkil ehtiva edən siqnalımızı aldıqda onu öz rabitə sistemləri vasitəsi ilə Yerə geri göndərəcək.
– Şəkil kosmosda ümumilikdə 72.000 km yol qət edəcək.
– Bunun xaricində, kosmosa göndərdiyimiz şəkil siqnalı nəzəri hesablamalara görə təxminən 10.000.000 (on milyon) km yol qət edəcək.
– Peykdən geri gələn siqnalları alıb yenidən rəsmə çevirəcək olan və Dünyanın müxtəlif yerlərində həvəskar radio operatorlarından əldə edilən qeydləri Dünyada Mars Layihəsi-Azərbaycan komandasına göndərmələri istəniləcək (Bu məqsədlə operatorlara tədbirin vaxtı barədə əvvəlcədən məlumat veriləcək)
– Dünyanın hər hansı yerindən geri dönüş alınması vəziyyətində bu operator məlumatları ilə birlikdə rəsim veb səhifəmizdə və sosial şəbəkələrimizdə paylaşılacaq. Bu şəkildə geri qaytarılmış şəkillərlə əlaqəli operator xaricdədirsə, rəqəmsal iştirak sertifikatı (*.) pdf formasında elektron poçtla, yerli operator isə A4 kağız çap formatında göndəriləcək.
6. Tədbirin Sonunda Seçiləcək 10 Rəsm Sahiblərinə Göndəriləcək İştirakçı Sertifikatları və Hədiyyələr
a. Dünyada Mars Layihəsi-Azerbaijan komandası və Azərbaycandakı əsas sponsorumuz “AzAstro Technologies Inc.” tərəfindən hazırlanacaq “İştirak və Xatirə Sertifikatları” bütün iştirakçılara e-poçtla göndəriləcək.
b. A4 formatında çap edilmiş “İştirak və Xatirə Sertifikatları” seçilmiş 10 rəsm sahibinə poçtla göndəriləcək.
c. Seçilmiş 10 şəkil sahibinə hədiyyə olaraq (hər biri 1 ədəd) göndəriləcək kitablar aşağıda verilmişdir. Nəşrlərindən başqa kitablar müəllifləri tərəfindən imzalanır. (İştirakçılar nəticəyə görə istədikləri kitabı seçə bilərlər)
Kitablar
(1) “Yaşıl Gözlü Qız” (“Altun Kitab” nəşrlər evi, Bakı- 2010, 128 səh.)
(2) “Riyaziyyat Əyləncəli Ola Bilərmiş” (“Altun Kitab” nəşrlər evi, Bakı- 2014, 128 səh.)
(3) “Zamanın Əsirləri” (“Altun kitab” Nəşrlər Evi, Bakı- 2014, 176 səh.)
(4) “Kompüterin Qəribə Tarixi” (“Altun Kitab” Nəşrlər Evi, Bakı- 2015, 112 səh.)
(5) “Dostum Mimi” (“3 alma” Nəşrlər Evi, Bakı-2017, 84 səh.)
(6) “Uzaq Planetin Sirri” (“Altun Kitab” Nəşrlər Evi, Bakı- 2019, 144 səh.)
(7) “Pəncərəni Kim Sındırdı” (3 Alma Nəşrlər Evi, Bakı-2020)
(8) “Mars Xronikaları” (Ray Bradbury, Qanun Nəşriyyatı – 2020)
(9) “Ulduzlar Elm və Əfsanələr” (Ayna Mətbu Evi · 2001)
(10) “Yer Küreəsi – Planetimiz Olduğu Kimi” (Ayna Uşaq Ensiklopediyası)
QEYDLƏR
Veb saytımızın əlaqə bölməsindəki “Tədbir Sualı” mövzusunda baş verən hadisə ilə bağlı suallarınızı və ya aydın olmayan məsələlərinizi bizə göndərə bilərsiniz. Tədbir boyunca elanlar və sürpriz kitab çəkilişləri üçün sosial media ünvanlarımızı izləyin!
Uğurlar balacalara!
Good luck guys!