Günəş sistemində Günəşə yaxınlığına görə dördüncü planet olan Mars eyni zamanda kiçikliyinə görə Merkuridən sonra ikinci planetdir. Adını Roma mifologiyasının müharibə tanrısından almışdır. Hamımızın tanıdığı “qırmızı planet” olan Mars səthində dəmir-oksidin geniş yayılmasına görə həmişə qırmızı rəngini qoruyub saxlayır.
Həmçinin Mars Günəş sistemində bilinən ən hündür ikinci (planetdə ən hündür birinci) dağ – Olimp dağının və ən böyük kanyonlarından biri olan Valles Marinerisin olduğu planerdir. Planetin kiçik və nizamsız formalaşmış iki peyki mövcuddur: Fobos və Deymos. Mars çılpaq gözlə Yerdən görünür. Onun görünmə böyüklüyü −3.0-ə çatır və yalnız Yupiter, Venera, Ay və Günəş bu qiyməti keçir. Optik yerüstü teleskoplar Yerin atmosferinə görə Yerin və Marsın ən yaxın olduğu zaman 300 kilometr uzaqlıqdakı cəhətləri göstərə bilir.
Marsın Elementar (Kimyəvi Tərkibi)
Mars terrestrial planet olaraq digər planetlərdən fərqlənir. Yerə bənzərliyi cəhətdən Marsın da nisbətən zəif sıxlıqlı dəmir (Fe) və nikeldən (Ni) təşkil olunmuş nüvəsi, silikat mantiyası və yer qabığı var. Yer kimi, Marsın da maye halında olan bir dəmir tərkibli daxili nüvəsi və nisbətən az maye halında olan xarici nüvəsi var. Ancaq mantiyada konveksiya görünmür.
Hal -hazırda Mars çox az geoloji aktivlik göstərir. Elementar tərkibinə görə Mars Yerdən bir çox kimyəvi elementlərə görə fərqlənir.
Mars haqqında ilkin məlumat kimi yuxarıda da dediyimiz kimi, torpağının tərkibində dəmir – oksidin olmasına görə qırmızı rəngə çalır;
- Marsın nüvəsi kükürdlə zəngindir;
- Marsın mantiyası Yerə nisbətən Kalium (K) və Fosforla (P) zəngindir;
- Marsın qabığı yüksək miqdarda buxarlanan (uçucu) elementlərlə, kükürd, xlorin və s. ilə zəngindir.
- Bu məlumatlara əsaslanaraq, elm adamları Mars qabığında ən çox olan kimyəvi elementlərin kükürd, oksigen, dəmir, alüminium, kalsium və kalium olduğunu fikirləşirlər. Bu elementlər maqmatik süxurlardan ibarət olan mineralların əsas komponentləridir. Digər elementlər isə; Titan, xrom, manqan, kükürd, fosfor, natrium və xlor elementləri azlıq təşkil edirlər. Buna baxmayaraq, süxurlardakı bir çox köməkçi mineralların əsas komponentləridirlər.
Marsın Mineralogiyası
Hal -hazırda orbitdə olan spektrometrlərə THEMIS (Mars Odyssey), OMEGA (Mars Express) və CRISM (Mars Reconnaissance Orbiter) daxildir. İki Mars tədqiqat gəmisinin hər biri səthdəki mineralları müəyyən etmək üçün Alfa Hissəcikli X-Ray Spektrometrini (APXS), termal emissiya spektrometrini (Mini-TES) və Mössbauer spektrometrini daşıyır.
Marsın Atmosferi
Mars atmosferi, Marsı əhatə edən qazlar təbəqəsidir. Əsasən karbon qazından (95%), molekulyar azotdan (2.8%) və argondan (2%) ibarətdir. Tərkibində su buxarı, oksigen, karbonmonoksit, hidrogen və nəcib qazlar da var.
Orta səth təzyiqi cəmi 610 paskal (0.088 psi) təşkil edir ki, bu da Yerin dəyərinin 1% -dən azdır. Hazırda incə Mars atmosferi Mars səthində maye suyun olmasını qadağan edir, lakin bir çox araşdırmalar Mars atmosferinin keçmişdə daha qalın olduğunu göstərir.
Marsdakı ən yüksək atmosfer sıxlığı Yer səthindən 35 km yüksəklikdə olan sıxlığa bərabərdir və ~ 0.020 kq/m3 -dir. Marsın atmosferi, planetin yarandığı gündən kosmosda kütləsini itirir və qaz sızması bu gün də davam edir.
İlk yazın için tebrikler Fərman. Güzel bir başlangıç oldu. Kolay gelsin.
Çox maraqlı yazı olmuş. 👏👏👏
👍👏