IO-nun Təbii Radiasiya Emissiyasi-1

IO günəş sistemimizin ən böyük planeti olan Yupiterin ilk kəşf edilmiş peykidir. Galileo Galilei IO-nu kəşf edərkən onun quruluşu ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir.

Bildiyimiz kimi IO kainatda tapdığımız göy cisimləri arasında ən fərqli olanlardandır və bu hal təkcə onun görüntüsü ilə bağlı deyil.

IO-nun əsas fərqləndirici xüsusiyyətləri:

  • Bilinən ən çox aktiv vulkanik sahəyə malik olması,
  • Atmosfer və topoqrafik quruluşu səbəbi ilə səthində olan dağıntıların tez bir şəkildə düzəlməsi,
  • Səth quruluşunun daim dəyişməsi,
  • Bir günün 4/13 hissəsi kimi qısa dövr etmə dövrünün olması.

Ancaq bunlardan başqa IO peykinin ən fərqli xüsusiyyəti onun radioaktiv davranışıdır. Bu radioaktiv davranışların bir neçə səbəbi var. Ən əsas iki səbəb, IO-nun səthində 100-dən çox aktiv vulkanın olması və Yupiterin radioaktiv bölgəsində yerləşməsidir.

IO peykinin Yupiterə bu qədər yaxın olması onun formalaşmasına da təsir etdiyi düşünülür. Bu təsirlərin araşdırılmasından və hazırlanan modellər nəticəsində IO peykinin Yupiterin çoxlu buz olan bölgəsində meydana gəldiyi aşkar edildi. Bu hal IO-nun səthində su ola biləcəyinə işarət etsə də, Yupiterin radioaktiv prosesləri səbəbiylə zamanla su səthdən ayrılmışdır.

Suyun ayrılmasıyla eyni zamanda,IO-nun səthində vulkanik proseslərin başladığı düşünülür. Yupiterin radioaktiv bölgəsində yerləşməsinə görə IO Yerdən kənarda aktiv vulkanların olduğu bildiyimiz tək göy cisimidir.

Jovian Magnetosphere - Doğal Radyasyon Emisyonu

Radiasiya Emissiyasi

Yupiterin radioaktivliyinin digər peyklerinə təsirini araşdırdığımızda Avropa peykinə xüsusi təsirlərin olduğunu görə bilərik. Avropanı xüsusi edən səbəb isə onun Yupiterin radioaktiv təsirlərinə qarşı heç bir vulkanik proseslər olmadan buz və okeanları səthində saxlamasıdır.

Avropa, IO-dan fərqli olaraq Yupiterin radioaktivliyinə qarşı daxili dinamikasında heç bir dəyişiklik göstərmir əksinə radiasiya səbəbi ilə səthinə düşən yüksək enerjili hissəcikləri tutur. Yupiter sadəcə IO peykinə deyil, həmçinin digər peyklərə də radioaktiv təsir edir. Ancaq IO öz xüsusiyyətlərinə görə bu təsirlərə digər peyklərdən daha fərqli reaksiya verir. Göründüyü kimi, bu hal Yupiterin IO peykinin digər üç peykdən daha solğun və sönük görünməsinə səbəb olur.

Yupiterin radioaktivliyinə qarşı IO peykinin uyğunlaşması təkcə onun səthindəki su və buz itkisi, rəng və parlaqlığı kimi dəyişikliklərdən ibarət deyil, eyni zamanda onun daxili quruluşuna təsir edən daha böyük dəyişikliklər də var. Bu hal IO-nun kainatda Yerdən başqa tanıdığımız yeganə vulkanik aktivliyi olan göy cisimi olaraq qəbul edilməsinə səbəb oldu.

Jupiter's moons

Yupiterin IO peykinin radioaktivliyi iki əsas səbəblə bağlıdır. Bu səbəblərdən ilki: IO peykinin, Rəsim-2-də göstərildiyi kimi, Yupiterin radioaktivliyinin ən çox olduğu bölgədə yerləşməsidir. Yerləşdiyi bölgədə IO daim yüksək radiasiyaya məruz qaldığı üçün zaman keçdikcə daxili quruluşunda dəyişikliklər meydana gəlmiş və nəticədə IO-nun daxili quruluşu radioaktivliyi dəstəkləyəcək bir struktura çevrildi.

Ikinci səbəb də eyni zamanda birinci səbəbə bağlıdır. Belə ki,1979-cu ilin mart ayinda Stanton Jerrold Peale və həmkarları,IO peykinin tam dairəvi olmadığını , Yupiterin və digər Qaliley peyklerinin cazibə qüvvələri tərəfindən aktiv vulkanlari səthə çıxarmaq üçün daxili hissəsinin kifayət qədər "uzandığı" fikrini irəli sürdülər.

Bu təklifdən cəmi bir həftə sonra, Voyager 1 kosmik gəmisindən alinan bir görüntüdə ilk vulkan buludu aşkar edildi və o vaxtdan bəri həm kosmik zondlar, həm də Hubble Kosmik Teleskopu tərəfindən onlarla vulkanik fəaliyyətlər aşkar edildi.

Zaman keçdikcə Voyager-dən alınan görüntülərdə lava axınları və lava gölləri tapıldı. Daha sonra, bu lava göl və axıntıları araşdırılaraq əvvəllər onların olduqları yerlərin su yataqları ola biləcəyinə dair fikirlər irəli sürüldü, lakin bu fikirlər hələ də sübut tapmayıb. Bununla belə lavalar və IO-nun səthindəki təsirinə dair dəqiq bildiyimiz vacib məsələlər də var.

IO peykinin radioaktivliyi və vulkanik fəaliyyətinə dair ən vacib məlumatlar onun atmosferi və yer qabığı ilə bağlıdır.

IO səthində çoxlu vulkanik aktivlik olduğuna görə , kükürd dioksid qazının yayılması ilə tez-tez partlayıcı püskürmələr baş verir; nəticədə peykin səthində nizamsız olaraq kükürd dioksid səbəbindən sarı, narıncı, qırmızı və qara rəngli sahələr yaranır. Bu halda, IO-nun səthində yaranan bu rəngli sahələrin də radioaktivlik ilə bağlı olduğunu demək olar.

Radioaktivlik və IO quruluşu arasındakı əlaqəni izah etmək üçün Loki vulkanının araşdırılması kifayətdir. Loki vulkanı IO səthində olan ən böyük vulkan olaraq bilinir.

Eyni zamanda Loki vulkanı Günəş sistemində bilinən ən böyük və ən güclü vulkandir və təkcə Yerdəki bütün aktiv vulkanlardan daha çox istilik yayır. Belə güclü bir vulkanın IO səthində olması həm IO, həm də Yupiterin radioaktiv fəaliyyətinə görə IO ve Yupiter arasinda güclü bir maqnetik axın bağının yaranmasına səbəb oldu.

Bu maqnetik bağ Jovian radio emissiyasına əhəmiyyətli təsirə malikdir. Bu radio emissiyası Yupiter ve IO peyki arasındakı radioaktiv bağ səbəbi ilə IO-nun özünə məxsus xarakterik xüsusiyyətlərinin yaranmasına əsas səbəb olaraq göstərilə bilər.

Qısaca olaraq,Yupiterin ən yaxin peyki olan IO yarandığı andan etibarən Yupiterin ən soyuq və eyni zamanda ən radioaktiv bölgəsində qaldı. Bu səbəbdən əvvəllər olduqca soyuq olan IO vaxt keçdikcə istiləşdi ve Yerdən kənarda yeganə aktiv vulkanları olan göy cisimi oldu.

Bu müddət ərzində səthi müxtəlif rənglərlə örtüldü ve radiasiya səbəbi ilə solğun bir görüntü yarandı. Nəticədə, IO peyki onu kainatda bildiyimiz hər şeydən fərqləndirən və bənzəri olmayan bir xarici görünüşə və vulkanlara sahib oldu. IO-nun malik olduğu bütün bu xarakterik xüsusiyyətləri Yupiter ilə aralarındakı təbii radiasiya emissiyasıdır.

(*) DMP Könüllü və yazarımız Alp SALTIK -ın  məqaləsindən Azərbaycan Türkcəsinə tərcümə edilmişdir.

Hatırlatma: Değerli okuyucumuz; bu yazı sizin için emek verilerek hazırlandı. Beğendiyseniz bir dakikanızı ayırıp aşağıda yorum yapmanız, yeni yazıların hazırlanması konusunda yazarımızı motive edecektir. Teşekkürler.

Ramila Cabbarzade

2 Yazı

Dünyadaki Mars Projesi (DMP) Azerbaycan gönüllüsü ve yazarı. [ Mars on Earth Project (MoEP) Azerbaijan Chapter Volunteer and author. ]

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir