AzAstro Technologies və Türkiyə’nin Mars on Earth Project təşkilatının təşkilatçılığı ilə “Dünyada Mars” layihəsinə start verildi.
Bu layihə AzAstro Technologies-in uzun dönəmli vizyonuna və təməl sosial korporativ dəyərlərimizdən olan insan kapitalının inkişafı naminə ortaya qoyulmuş təşəbbüsdür.
“Dünyada Mars” layihəsinin əsas məqsədi və işləmə prinsipi Mars planetini simulyasiya etmək və Marsda həyat axtarışı kimi məsələlərdə tədqiqatlar aparmaqdır. Bunu etmək üçün “Dünyada Mars”-ın Dərin Kosmik Xəbərləşmə, Kosmik müşahidələr, Meteroloji araşdırmalar və eləcə də astrobioloji, astrogeoloji aspektlərdən biliklərin öyrənilməsi üçün unikal labaratoriya şəraiti yaratmağı hədəfləyir.
Layihənin beynəlxalq tərəfdaşları var dünyanın dörd bir tərəfindən: Küveyt, Meksika, ABŞ, Braziliya, Polşa kimi ölkələrin təşkilatları aiddir.
Hal-Hazırda Azərbaycanda bu fiziki olaraq layihənin start verilməsi üçün tarix 2022-ci ilin yaz aylarıdır. İndidən isə layihənin start verilənədək və ondan sonrakı prosesində də iştirakı nəzərdə tutulan Azərbaycan gənclərindən ibarət könüllülər cəlb etməyə artıq başlamışıq.
Əsasən könüllülərə seçəcəkləri fəaliyyət kanalları üzrə təlimlər keçiləcək və öyrətmə ilə birgə bu mühitin plana uyğun olaraq təşkilati məsələlərində yaxından rol alacaqlar.
Dünyada Mars Layihəsi-Azərbaycan Könüllülük Forması
Bu Könüllülük Forması; “Dünyada Mars Layihəsi” çərçivəsində həyata keçiriləcək işlərə qatılması nəzərdə tutulan 18 yaş və ondan böyük yaşda olan könüllülər, forma daxilində göstərilən təcrübə sahələrində könüllü olaraq dəstək verə bilərlər.
45 gün ərzində fəaliyyət göstərməyən iştirakçılar siyahıdan çıxarılır və ünsiyyət kanallarına girişi dayandırılır. 24 saat ərzində müraciətinizə cavab verilmirsə, bu, qəbul edilmədiyini və heç bir mesaj göndərilməyəcəyini bildirir. Öz layihələrinizə dəstək tapmaq üçün müraciət etməyin! Forma cəmiyyətin layihəsi üçündür.
Bu birlikteliğin ilerde büyük başarılara dönüşmesini dilerim. Hayırlı olsun.
Dünyada Mars Layihəsi Birliyi olaraq sizi ürəkdən salamlayır və təbrik edirik. Həvəskar kosmik tədqiqatlarda qardaş ölkənin gəncləri ilə birlikdə işləməkdən şərəf duyduğumuzu bilməyinizi istəyirik. Birlikdə bir çox layihə və işlər görməyi səbirsizliklə gözləyirik.
Birlikte çok güzel işler yapacağımızdan eminim. Bu güzel yazı için teşekkürler.