Menu

Buz qırılır! Bir qütb möcüzəsi-1

Məlumat: Bir azdan oxuyacağınız “Buz Qırılır!: Bir Qütb Möcüzəsi” adlı hekayə, “25 Aprel Dünya Pinqvin Günü” çərçivəsində həyəcanlı və interaktiv bir tədbirdə iştirak edə bilməniz üçün yazılmışdır. Hekayədən sonra yayımlanacaq olan ikinci yazıda necə iştirak edə biləcəyiniz izah olunacaqdır.

Tamamilə pulsuz və real peyk rabitə texnologiyası istifadə olunacaq bu tədbirə bütün uşaqlarımız, hətta istəsələr böyüklərimiz də dəvətlidir. İndi buyurun, hekayəmizi oxumağa başlayaq…

penguengunu1

  • Planet Tarixi 2042,
  • Qar bəyazlığı ilə buz mavisinin qucaqlaşdığı yer,
  • Antarktika…

Bəyaz sonsuzluğun ortasında, Antarktikanın kənarında yerləşən Adélie Pinqvinləri koloniyasında Bozbəy, həyat yoldaşı Tüktopu iki övladları QarKüləklə birlikdə xoşbəxt bir həyat sürürdülər.

Səhərlər günəş buzlu sahillərdə parıldayarkən, kiçik balaları tük çıxarmağa başlamış, koloniyanın ən sevimli üzvləri olmuşdular. Bozbəy övladlarına balıq gətirmək üçün okean səfərinə çıxarkən, Tüktopu balalarını soyuqdan qoruyurdu.

Ancaq bir səhər səma qeyri-adi şəkildə qaraldı. Koloniyanın yaşlı üzvləri narahatlıqla baxışarkən, küləyin şiddəti artmağa başladı.

Koloniyanın ən yaşlı və müdrik pinqvini “bu fırtına fərqlidir,” dedi. “Daha öncə beləsini görmədim!” Bozbəy narahatlıqla üfüqə baxdı. Bozbəyin qayıdış vaxtı yaxınlaşırdı, lakin dəniz həmişəkindən daha çox dalğalanırdı. Birdən, koloniyanın yerləşdiyi buz kütləsindən dəhşətli çatlama səsi havaya yüksəldi.

“Çatlaaaq!” – deyə bir neçə pinqvin təşvişlə qışqırdı. Nəhəng buz parçası ikiyə bölünür, koloniya parça-parça olurdu. Tüktopu balalarını qorumaq üçün qanadlarını açdı, lakin dəhşətli bir dalğa onu Qardən ayırdı.

Külək hələ də yanında idi, lakin Qar başqa bir buz parçasına doğru sürüşmüşdü. “Qaaarrr!” – deyə Tüktopu fəryad etdi, balasına doğru atılmaq istədi, amma buz parçaları sürətlə bir-birindən uzaqlaşırdı.

Dənizdən qayıdan Bozbəy koloniyanın dağıldığını görüb dəhşətə gəldi. O, buz parçalarının arasında balalarını axtarırdı, lakin axın onu tamamilə fərqli bir istiqamətə sürükləyirdi. Axşam düşdüyündə bir vaxtlar vahid olan koloniya okeanda üzən onlarla buz kütlələrinə dağılmışdı.

İncə bir buz parçasının üzərində lələkləri titrəyərək taleyin ümidinə buraxılmış Qar tamamilə tək qalmışdı. Külək isə kilometrlərlə uzaqda,  Tüktopunun qanadları altında hönkür-hönkür ağlayaraq, qardaşının adını səsləyirdi.

Kosmosdakı Gözlər

Mars planetinin ətrafındakı orbitdə, MoEP (HAN) Mars Kosmik Stansiyasında, planet mühafizəsi missiyasının komandiri Dr. Açıkgöz, Marsın və uzaq Yer kürəsinin qütb bölgələrinin yeni görüntülərini tədqiq edirdi.

Elmi heyət son bir il ərzində buzlaqların ərimə sürətinin bütün proqnozları aşdığını müəyyən etmişdi. “Bu məlumatlar həqiqətə uyğun ola bilməz,” –  SOLARIS meteoroloji layihəsinin rəhbəri Yasmina dedi.

“Bir ay ərzində Antarktikadan qopmuş buz kütləsinin həcmi keçən ilin qopan bütün buz kütlələrinə bərabərdir.” Dr. Açıkgöz ekranda gözləyən animasiyaya toxundu. Peyk görüntüləri, son üç gündə Adélie pinqvinləri koloniyasının yerləşdiyi ərazidə fəlakət dərəcəsindəki buzlaq uçqununu üzə çıxarırdı.

“Mavi kürəmizdəki şərait dəyişir, həm də çox sürətlə,” –  Dr. Açıkgöz dedi. “Kosmos stansiyamızda hazırkı vəzifəmiz Marsı insanlaşdırmaq və içməli suyu təmin etmək üçün Marsın qütb bölgələrini tədqiq etməkdir, lakin əsl təhlükə altında olan bizim ana yurdumuz, planetimizdir.”

MoEP-in kosmik hava müşahidə sistemləri (SOLARIS) günəşin aktivliyindəki artımları ölçürdü,  lakin aydın idi ki, iqlim dəyişikliyinin əsas mənbəyi hələ də insan fəaliyyətidir.

MARBIT komandasının dəniz bioloqu Dr. Akkaya “bu məlumatlarla bir şey etməliyik” dedi. “Buzlaq əriməsinin heyvanlara təsirindən bəhs edən sənədli bir layihə üzərində çalışırdım. Bu koloniyanın vəziyyətini izləyə bilərik.”

Qütb Astrobiologiya Tədqiqat Öncül Komandası (PARV), Yer orbitindəki peyk kameralarını Antarktikadakı parçalanmış koloniyanın üzərinə yönəltdi. Süni intellekt alqoritmləri minlərlə pinqvin arasında körpələrini axtaran pinqvin valideynlərinin hərəkətlərini izləyə bilirdi.

Ekrandakı kiçik nöqtələrə işarə edərək, Derin “Oradakı iki nəfərlik qrup digərlərindən fərqli hərəkət edir” dedi. “Onlar valideyn və övlad kimi davranırlar, lakin daim axtarılırlar…” TüktopuKüləyi tapmışdılar.

Okeanların Səssiz Şahidləri

Qar xırda bir buz parçasının üzərində beş gün boyunca sürükləndikdən sonra aclıqdan və soyuqdan taqətsiz qalmışdı. O, koloniyasındakı böyüklərin elədiyi kimi balıq tutmağa cəhd etmişdi, lakin hələ kifayət qədər güclü deyildi.

Buz parçası əridikcə balaca pinqvinin gözləri də get-gedə yumulurdu… Birdən suyun altından nəhəng bir kölgə qalxdı. Qar qorxu içində geri çəkildi.

Əvvəlcə bir püskürmə səsi eşidildi, ardınca isə bir buzlaq balinasının (Eubalaena glacialis) nəhəng bədəni üzə çıxdı; yaşlı, lakin diqqətli gözləri ilə kiçik pinqvini süzdü. Balina onun üzərinə yavaşça su püskürtdü, sonra yenidən dərinliklərə dalaraq o məşhur akustik çağırışını təkrarladı və digər balinaları yanına çağırdı.

Qütb balinalarının qədim lideri Opa, yavru pinqvinin vəziyyətini dərhal anlamışdı. Çünki o, illər boyu okeanların isinməsinə, turşulaşmasına və planktonların azalmasına şahidlik etmişdi. Öz növünün ən böyük nümayəndəsi olan Opa 120 yaşında idi və üç nəsil boyunca okeanlardakı dəyişiklikləri kədərlə izləmişdi.

MoEP orbit stansiyası HAN-da, ekipaj heyrətlə bu səhnəni izləyirdi. Dr. Ersoy həyəcanla “Balinaların davranışına baxın” dedi. “Onlar pinqvinləri qoruyurlar!”

Həqiqətən də balina sürüsü kiçik buz parçasının ətrafında halqa yaratmışdı. Qarın dayandığı buz parçası demək olar ki, tamamilə ərimişdi, lakin nəhəng balinaların hərəkətləri ilə yaranan dalğalar onu daha böyük bir buz kütləsinə doğru itələyirdi.

Dr. Ersoy, “Həyatım boyu belə bir şey görməmişəm,” – dedi. “Bu, mutualizmdir, yəni növlər arasında yardımlaşma; bu davranış daha çox qarışqalarda müşahidə olunur!”

Opa və sürüsü tam üç gün ərzində kiçik pinqvini izlədi. Qara yaxınlaşan iki qatil balina Orka sürüsünü uzaqlaşdırdılar və Qara yol göstərdilər.

İnsanlığın Seçimi

HAN orbit stansiyasında HAN komandiri mayor Həcər və Dr. Açıkgöz komandanı bir araya topladı. Dr. Açıkgöz qətiyyətli bir səslə “Bu hekayəni dünyaya çatdırmalıyıq,” dedi. “Antarktikadakı buz kütlələrinin qopması təsadüfi bir hadisə deyil. Bu, planetimizdəki iqlim dəyişikliyinin aydın nəticəsidir.”

Komanda, buz üzərində sürüklənən Qarın və onu tapmaq üçün hər gün fərqli istiqamətdə üzən Bozbəy, TüktopuKüləyin hekayəsini canlı olaraq dünyaya yayımlamaq qərarına gəldi.

Dünyadan milyonlarla kilometr uzaqlıqda, Marsdan gələn bu unikal perspektiv insanlığın öz planetinə vurduğu zərəri kosmosdan görməsinə imkan yaradırdı.

“Dünyadakı hər kəs bu kiçik pinqvinin hekayəsini öyrənəcək,” – dedi PARV rəhbəri və iqlim alimi Dr. Açıkgöz. “İnsanlıq öz əməllərinin nəticələrini görməlidir.”

HAN-ın Süni İntellektin İnkişafı üzrə Bölməsi (NEURON) tərəfindən toplanan məlumatlar sayəsində alimlər Yer kürəsindəki HORIZON komandası ilə birlikdə peyk texnologiyasından istifadə edərək balinaların hərəkətlərini izlədilər və onlara elmi araşdırma məqsədilə bir dron endirərək, Qarın yaxın məsafədən çəkilmiş görüntülərini əldə etməyə nail oldular. Bu görüntülər yayımlandığı andan etibarən sosial mediada sürətlə yayılaraq viral oldu.

Qütb Tənha”sı adlandırılan kiçik pinqvin iqlim dəyişikliyinə qarşı mübarizənin simvoluna çevrildi.  İnsanlar pəncərələrinə kiçik pinqvin şəkilləri asır, uşaqlar məktəblərində Qar və Külək üçün məktublar yazırdılar.

Görüşmək ümidi

Balinalar Qarı koloniyasının parçalanmış bir hissəsinə çatdırmağa müvəffəq oldular. Burada digər pinqvinlər onu öz aralarına qəbul etdilər, lakin o, həmişə buz kütləsinin kənarında dayanır, üfüqdə ailəsini axtarırdı.

Dr. Akkaya dünyaya gecikmiş video mesajında ​​“Biz bir müdaxilə planı hazırladıq” dedi. “Adətən biz alimlər vəhşi təbiətə birbaşa müdaxilə etmirik, lakin bu, insanların yaratdığı iqlim dəyişikliyinin birbaşa nəticəsidir. Bu ailənin ayrılması bizim məsuliyyətimizdir.”

Dünyanın hər yerindən elm adamları və ətraf mühit fəalları bu layihəyə qoşuldular. Qlobal istiləşməni dayandırmaq üçün təcili tədbirlərin görülməsi ilə bağlı beynəlxalq təzyiq heç vaxt bu qədər geniş miqyaslı olmamışdır.

Bir Həftə Sonra…  

MoEP-in idarə etdiyi güclü təkan sisteminə malik yerüstü nəqliyyat vasitələri ilə Qarın yerləşdiyi buz kütləsi və Bozbəy, TüktopuKüləyin olduğu buz kütləsi eyni axına yönəldildi.

Buzların birləşməsinə cəmi bir kilometr qalmış Dr. Açıkgöz dünyaya ikinci dəfə bu mesajı göndərdi:

Qar və onun ailəsinin yenidən bir-birinə qovuşmaq şansı var. Lakin bu, kiçik bir pinqvin ailəsinin hekayəsindən çox daha böyük bir məsələdir. Söhbət bəşəriyyətin seçimindən gedir. Biz ya indi hərəkət edirik, ya da gələcək nəsillər üçün dağıdılmış dünya qoyub gedirik. Bu pinqvin koloniyası kimi, bəşəriyyət də ortaq taleyi bölüşür. Yeganə fərq ondan ibarətdir ki, gələcəyimizi seçmək üçün bizim gücümüz var!”

Dünya üzrə milyonlarla insan buzların yaxınlaşmasını canlı şəkildə izləyərkən, kiçik bir pinqvin balası uzun müddətdir gözlədiyi ailəsinə doğru ümidlə qaçdı. Qütb balinaları geri çəkilmişdi, lakin uzaqdan bu qovuşmanı seyr edirdilər.

Marsdan, HAN stansiyasının komandası, insanlığın bir zamanlar gələcək üçün tərk etdiyi planeti ilə yenidən bağ qurma ümidini daşıyan bu duyğusal anın şahidləri oldu. Dünya çox uzaqlarda idi, lakin stansiyanın kiçik pəncərələrindən yenə də o istiqamətə baxmağı, burunlarını soyuq şüşəyə dayayıb uzaqlara salam göndərirdilər. Buzlar birləşərkən insanlığın ürəyi də onlarla bərabər döyünürdü…

O bala pinqvinin anasına doğru qaçdığı an insanların gözlərindən yaşlar süzüldü. Bu axan göz yaşları, bəlkə də Dünyaya nəfsimizin yaşatdıqlarının bir kəffarəsi idi, ya da bəlkə səssiz, lakin səmimi bir üzrxahlıq idi.

və sonra… 

Buz mavisində yaşandı qovuşmaların ən gözəli… Ana pinqvinin özünə doğru yırğalana-yırğalana çığıraraq qaçan balaca Qar’ı sanki bir insan kimi qucaqlaması ilə, meydanlarda onları izləyən hər ana-ata da övladlarını eyni şəkildə qucaqladı. “Səni gözümün qarasından belə qoruyaram, əsla itirə bilmərəm” sözləri udquna-udquna pıçıldandı…

Köhnə və yeni dünyada yaşayan insan övladı –

Bir şeyləri itirməzdən əvvəl sahib çıxıb qorumağı, aid olduğu evini, yəni Dünyamızı sevməyi anladı!

penguen kurtar e1744324520739

 

Tərcümə etdi: Nəcibə Rəfizadə

Beğen  6
Nəcibə RƏFİZADƏ
Yazar

Hukuk danışmanı. MoEP Regülasyonlar ve Uzay Hukuku Takımı (LAW) üyesi ve MoEP Azerbaycan Koordinatörü. (Legal advisor. Member of the MoEPRegulations and Space Law Team (LAW) and Coordinator of MoEP Azerbaijan)

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir