Bəli yalnış oxumadınız. Süni Mars torpağı. Bir çox xarici universitetlerin laboratoriyasında tələbələrin iştirak etdiyi təcrübələr nəticəsində əldə edilən simulyasiya edilmiş torpaq.
Bunu Azərbaycanda etməyin mümkün olduğunu, var olan zənginliklərimizi qeyd edəcəm. Amma ilk öncə gələk torpağın mineralogiyasına yəni tərkibində olan minerallara.
Mars Torpağının Mineralogiyası
Marsın səthi geologiyasına baxdıqda Yerdəki bazalt və ya andezit süxurları arasında bir yerdədir. Bu da, Yerdəki kimi mineralların meydana gəlməsinə səbəb olmuşdur.
Dəmir oksidinin olması səthə qırmızı rəng verir və buna görədə Marsa Qırmızı Planet adı verilib. Yüksək faizlə perxloratın olması şoran torpaqları formalaşdırır bu da hansı ki, maye suyu istehsal edir.
Mars süxurlarının karbonat və filosilikat minerallarına kimyəvi şəkildə çevrilməsi Mars tarixinin əvvəllərində, su çox miqdarda olduqda meydana gəlmişdir. Orbital alətlər və Landers nəinki yeni minerallar müəyyən etdi, həm də bəzi hallarda digərləri tərəfindən aşkar edilmiş mineralların olduğunu təsdiqlədi.
Fillosilikatlar
- Kaolinit (Al2Si2O5(OH)4}
- Montmorillonit((Na,Ca)0.33(Al,Mg)2(Si4O10)(OH)2·nH2O)
- Mika (X2Y4–6Z8O20(OH,F)4)
- Serpentin ((Mg,Fe)3Si2O5(OH)4)
Felsik minerallar
- Kvars (SiO2)
- Feldispat (KAlSi3O8 – NaAlSi3O8 – CaAl2Si2O8)
- Maskelinit
Duzlar
- Gips (CaSO4·2H2O)
- Perxlorat (ClO4−)
Karbonatlar (Ca zəngin)
Sulfatlar (Ca/Mg zəngin)
- Jarosite(KFe(III)3(OH)6(SO4)2)
- Başqa tapılmamış maddələr
Mafik Minerallar
- Olivin (Mg,Fe)2SiO4)
- Piroksen (XY(Si,Al)2O6)
- Auqit ((Ca,Na)(Mg,Fe,Al)(Si,Al)2O6)
- Pijonit ((Ca,Mg,Fe)(Mg,Fe)Si2O6)
- Klinopiroksen
Dəmir Oksidləri
- Hematit (Fe2O3)
- Maqnetit (Fe3O4)
- İlmenit (FeTiO3)
Bu isə son illər ərzində Mars qabığında,torpağında və tozunda aşkar edilmiş oksidlərin cədvəlidir.
Bu qədər məlumat məncə hələlik yazım üçün yetərlidir. Görüldüyü kimi burda bir çox maddələr var və bunları tapmaq ev şəraiti üçün çox qarışıq görülə bilər, indilik. Ancaq Azərbaycan torpaqlarında bir çox vulkanların olması və torpağının zəngiliyi bizə süni Mars torpağını əldə edə biləcəyimizi göstərir. Bir universitet kilosu $20-dan süni Mars torpağı satır. Niyə bizdə olmasın ki?
“Azərbaycan və ona həmsərhəd Xəzərin akvatoriyası planetin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur; burada 400-ə yaxın yerüstü və dəniz palçıq vulkanı (fəaliyyətdə olan, sönmüş, gömülmüş, sualtı, ada, böyük miqdarda neft çıxaran vulkanlar) cəmlənmişdir.”-AMEA-nın Geologiya və Geofizika İnstitunun saytında bu haqda oxuya bilərsiniz.
“Qaynarca vulkanın sülb tullantı məhsulları arasında rast gəlinən yanar şistlərdə üzvi maddənin miqdarı 9,5-12,65 % arasındadır.
Aparılan pirolizin nəticəsində müəyyən edilmişdir ki, belə süxurlarda neftəoxşar maddə cüzidir, üzvi maddə kömür şəklindədir. Süxurlarda CaCO3 da mövcuddur.”- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yekun elmi-texniki hesabatında qeyd edilir.
Bundan başqa çoxumuzun bildiyi Azərbaycanın Marsa bənzəyən dağlarının olduğu Xızı Dağları. Xızı dağlarının süxurlarının rəngi Ferium tərkibli olmasıdır. Dağların rənglərini yerdəki dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində almışdır.Yəni tərkibində dəmirin olması Mars torpağına qırmızı rəng verir. Burda olduğu kimi.
Yəni indi gələk yazıdakı mesaja. Bir Universitet süni Mars torpağını əldə edərkən, Havai adasındakı vulkanın tullantılarından istifadə edib. Biz nədən etmiyək ki? Düzgün dozda tərkiblərdən istifadə edib etmək olar.
Bəs Süni Mars Torpağı Bizə Nə Verəcək?
Bu araşdırmaların əsas məqsədi susuz bir torpaqda yetişdirilə biləcək bitkilərdi. Bu həm Dünya, həm də Mars torpaqlarında aparılan araşdırmalar üçün çox faydalıdır.
Sudan qənaətli istifadə etməyi öyrəndiyimiz bu zaman dövründə bu araşdırmalar quraq və şoran torpaqlarda bitki yetişdirmək üzrə araşdırmalara təkan verəcək. Hətta hər kəs evdə bir eksperiment kimi bunu edib kiçik araşdırmalar da apara biləcək. Bununla yanaşı, bu maddələrin asan əldə oluna bilməyi insanlarda evdə süni Mars torpağını özlərinin də düzəldə bilmək fikrini aşılayacaq.
Referanslar
Belə gözəl informasiya üçün təşəkkür edirəm.